• şənbə, 20 Aprel, 18:15
  • Baku Bakı 24°C

“Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilib

07.09.20 12:15 607
“Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilmişdir. İclas turizm sənayesi nümayəndələrinin problemli kreditlərinin həlli yolları və dövlətin dəstək mexanizmləri, "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarın müzakirəsinə həsr olunmuşdur. İclasda ASK-nın vitse-prezidenti, Azərbaycan Banklar Assosiasiyasının prezidentiZakir Nuriyev, eləcə də vitse-prezidentlər Jalə Hacıyeva və Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etmişlər.
İclası "Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev açaraq, sahibkarlardan daxil olan məktublar və sorğularla bağlı təkliflər hazırlanmasındabu müzakirələrin müsbət rolu olacağını bildirmişdir. Turizm sektorundakı mövcud vəziyyət və pandemiya ilə əlaqədar qeyri-müəyyənliklərin davam etməsinə toxunan R.Quliyev dövlət-özəl dialoqu nəticəsində çətinliklərin öhdəsindən birgə gələcəyimizi vurğulamışdır.
ASK-nın vitse-prezidenti Zakir Nuriyev bildirmişdir ki, pandemiyanın iqtisadiyyata təsirləri ilə bağlı mart ayından başlayaraq bir sıra qərarlar qəbul edilib və yaradılmışkomissiyalardan biri də Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərir. "Konfederasiyanın prezidenti Məmməd Musayevin imzası ilə Azərbaycan Mərkəzi Bankına pandemiyadan zərərçəkən sahə olaraq turizm sektorundakıbiznessahələrinə yardımın göstərilməsiləəlaqədar müraciət edilmişdir. Mərkəzi Bank bu məsələni müzakirə edərək, İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə əlavə müraciətləredilməsinitövsiyə edib. Eyni zamanda, bağlanmış banklarda qalmış sahibkarların aktivlərin reallaşdırılması ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək banklarda vəsaiti qalmış təşkilatların həmin aktivlərinin çıxarılması yollarınınonlarla müzakirə edilməsi tövsiyə olunub”, - deyən Z.Nuriyevhazırda banklar tərəfindən mövcud kreditlərin 30 sentyabr tarixinədək restrukturizasiyaedildiyini vurğulayıb.
Konfederasiyanın vitse-prezidenti Jalə Hacıyevabanklardakı və BOKT-lardakıproblemli kreditlərlə bağlı sahibkarların bankdakı kuratorlarıilə məsləhətləşmələr aparmasını təklif edib.
Sonra sahibkarlarbir illik kredit tətillərinin verilməsi və digər dəstək mexanizmləri, o cümlədən "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nadəyişikliklərlə bağlı təklifləriniveriblər.
"DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi15 müddəada (artıq 2 müddəa ləğv edilmişdir) çətin tətbiq edilən qaydaların müəyyən edildiyini deyərək, bununla bağlı ekspertlərin iştirakı ilə yeni qaydaların hazırlanmasını xahiş etmişdir.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Aytən Əlizamanlı "Sahman” proqramının turizm şirkətlərində tətbiqinə dair məlumat verərək, qaydaların təkmilləşdirilməsinin mümkün olduğunu bildirdi.
Görüşün sonunda ASK-nın vitse-prezidenti Vüqar Zeynalov dövlət-özəl əməkdaşlığı platfotrmasından istifadə edərək çətinliklərin həllinə birgə nail olunacağınıvurğulamışdır. V.Zeynalovun təklifi ilə sahibkarların banklardakı problemli kreditləri ilə bağlı statistikanı formalaşdırmaq qərara alınmışdır ki, bununla bağlı mövcud mənzərə tam formalaşdırılsın.
Komissiya sədriR.Quliyev iclasın iştirakçılarına təşəkkür edərək, ASK-nın yeni təkliflər paketini formalaşdıraraq, hökumətə müraciət edəcəyini söyləmişdir.
banner

Oxşar Xəbərlər