• şənbə, 20 Aprel, 19:39
  • Baku Bakı 24°C

Turizm fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına zərurət yaranıb

27.06.19 11:45 405
Turizm fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına zərurət yaranıb
Turizm fəaliyyəti üzrə lisenziyaların ləğvi sənayedə canlanma yaratsa da, bundan sui-istifadə edənlər də olub.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri (DTA) Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına yenidən zərurət yaranıb. Bunun üçün Dövlət Turizm Agentliyinin dövlət reyestrinin yaradılması üçün iş apardığını deyən F.Nağıyev əlavə edib ki, bu mexanizm hazırlanarkən turizm şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq:
"DTA dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumlarla münasibətlərin inkişafında maraqlıdır. Biz sağlam rəqabət mühitinin olmasının tərəfdarıyıq, ictimai təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir".
F.Nağıyev əlavə edib ki, ixtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi də əsas hədəflərdəndir: "Turistlərə göstərilən xidmətinin səviyyəsinin artırılması, onların ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. Turizm kompleks xidmət sahəsidir, onun inkişafı da bu sferanın keyfiyyəti və inkişaf səviyyəsindən asılıdır".
banner

Oxşar Xəbərlər