Turisti fontana atan azarkeş cəzalandırıldı
"Liverpul” ÇL-in final oyunundan əvvəl vandal hərəkətə yol verən
fanatını cəzalandırıb.
Kaspi.az xəbər verir ki, Çempionlar Liqasının Madriddə keçirilən
final oyunundan əvvəl "Liverpul”un 57 yaşlı fanatı Entoni Mallen çinli turisti
fontana atmışdı. Onun bu hərəkəti rasizm kimi dəyərləndirilmiş və bütün dünyada
təpki ilə qarşılanmışdı.
"Liverpul” rəhbərliyi həmin azarkeşlə bağlı cəza tədbiri görüb.
Entoni 3 il müddətinə "Liverpul”un oyunlarına stadionda baxa bilməyəcək. Onun
stadiona girişinə qadağa qoyulub. O, oyundan əvvəl və sonra stadionun ətrafında
da görünə, səfər oyunlarına da gedə bilməz.
"Liverpul” ÇL-in finalında "Tottenhem”ə qalib gəlmişdi – 2:0.