• cümə, 19 Aprel, 20:52
  • Baku Bakı 24°C

“Tüpraş” holdinq İrandan tədarükü dayandırıb

11.07.19 22:44 4071
“Tüpraş” holdinq İrandan tədarükü dayandırıb
Türkiyənin əsas xam neft idxalçısı olan "Tüpraş” holdinqi İrandan neft tədarükünü dayandırıb.
AZƏRTACTürkiyə KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb ABŞ-ın sanksiyalarıdır.
Rəsmi Vaşinqton İrana sanksiyaları çərçivəsində keçən ilin noyabrda bu ölkədən neft alan və aralarında Türkiyənin də olduğu 8 dövlətə güzəşt tətbiq etmişdi. Lakin bu il mayın 2-dən həmin güzəştin ləğvi ilə əlaqədar "Tüpraş”ın İrandan neft tədarükünü dayandığı bildirilir.
Xatırladaq ki, 2018-ci ildə İran Rusiya və İraqla birgə Türkiyənin ən çox neft idxal etdiyi 3 ölkədən biri olub.

banner

Oxşar Xəbərlər