• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

TÜRKSOY Rusiyada "Şərqin musiqi əfsanələri"ni təşkil etdi

15.05.19 10:33 1067
TÜRKSOY Rusiyada "Şərqin musiqi əfsanələri"ni təşkil etdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Rusiyada Türk Dünyası musiqi nümunələrindən ibarət olan "Şərqin Musiqi Əfsanələri” konsertini reallaşdırdı. Təşkilatdan "Kaspi”yə verilən məlumatda bildirilir ki, 10, 11 və 13 may tarixlərində təşkil edilən konsertlərdə TÜRKSOY Türkiyə-Rusiya Mədəniyyət və Turizm ili-2019 çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərində Türk xalqlarının musiqisinin sərgiləndiyi üç fərqli konsertə imza atdı.
Rusiyanın Dövlət sənətçisi Dmitriy Hohlovun rəhbərlik etdiyi V.V.Andreyev Dövlət Akademik Rus Orkestrinin müşaiyəti ilə Sankt-Peterburq Filarmoniyasının Böyük Salonu, Dövlət Akademik Kapella Salonu və Ordu Evi Salonunda həyata keçirilən konsertlərdə sənətsevərlər Türk xalqlarının zəngin musiqi mədəniyyətini və Türk Dünyası bəstəkarlarının əsərlərini yaxından tanıma fürsəti əldə etdilər.
Layihənin ideya müəllifi, TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun da qatıldığı konsertlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın akademik musiqi nümunələri ifa edildi. Tamaşaçılar Üzeyir Hacıbəyov, Qara Qarayev, Həsən Rzayev, Arif Məlikov, Vasif Adıgözəlov, Atay Ogombayev, Kalıj Moldobasanov, Mukan Tulebayev, Əhməd Jubanov kimi bəstəkarların əsərlərini dinlədilər.
Rusiyalı musiqisevərlər Türk xalqlarının xüsusiyyətlərini və Şərq mədəniyyətinin izlərini daşıyan "Yeddi Gözəl", "Eşq əfsanəsi”, "Birja və Sara”, "Koroğlu”, "Abay” kimi əfsanələşmiş əsərlərlə birlikdə, "tar”, "komuz”, "qaval” və "kuray” kimi Türk xalqlarının ənənəvi musiqi alətlərini də dinləmə fürsəti qazandılar.
"Şərqin Musiqi Əfsanələri” adı ilə təşkil edilən konsertlərdə, Dmitriy Hohlov və Evgeniy Hohlovun da rəhbərliyi və V.V.Andreyev Dövlət Akademik Rus Orkestri ilə birlikdə səhnəyə çıxan TÜRKSOY-un dəvət etdiyi sənətçilər - Faruk Sadıkov (Özbəkistan), Ağaverdi Paşayev (Azərbaycan), Duysen Ukimbay (Qazaxıstan), Cihan Yurtçu (Türkiyə), Sayan İsin və Aygerim Muhtardin (Qırğızıstan), Sahib Paşazadə (Azərbaycan), Aliya Kikenova (Kazaxstan) və Ramil Gayzullin (Başqırdıstan, RF) şıxışları rusiyalı sənətsevərlər tərəfindən alqışlarla qarşılandılar.
Sankt-Peterburq Filarmoniyası Böyük Salonunda təşkil edilən konsertdən sonra səhnəyə çıxan TÜRKSOY Baş katibi Düsen Kaseinov sənətçilərə uğurlu ifalarına görə təşəkkür etdi. D.Kaseinov Rusiya Dövlət sənətçisi Dmitriy Hohlova TÜRKSOY-un yaranmasının 25 illiyi münasibətilə hazırlanan "25. Yıl” medalını təqdim etdi. Baş katib sənətçilər Faruk Sadıkov (Özbəkistan), Ağaverdi Paşayev (Azərbaycan), Duysen Ukimbay (Qazaxıstan), Evgeniy Hohlova (Rusiya) , kuray sənətçisi Ramil Gayzillinə (Başqırdıstan, RF) TÜRKSOY-un "Mukan Tölebayev" medalını, sənətçilərə isə sertifikatlar təqdim etdi.

banner

Oxşar Xəbərlər