AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tramp Ruhani ilə görüşü istisna etməyib

Tramp Ruhani ilə görüşü istisna etməyib

Təfsilat
16 Sentyabr 2019, 10:45 169
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatları tərəfindən neft obyektlərinin atəşə tutulması ilə bağlı insidentə baxmayaraq İran perizdenti Həsən Ruhani ilə görüşünü istisna etməyib.
 
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin müşaviri Kellienn Konuey deyib.
 
"Fox News" telekanalının efirində K.Konuey bildirib ki, D.Tramp BMT Baş Assmableyası çərçivəsində İran lideri ilə görüşü nəzərdən keçirməyə hazırdır: "Lakin bizim prezidentlə əlaqəli halda görüşün keçirilməsi və ya razılaşmanın imzalanması üçün münasib şərait olmalıdır".