• cümə, 26 Aprel, 08:56
  • Baku Bakı 12°C

Tramp koronavirusun müalicəsində istifadə olunacaq dərmanların adını açıqlayıb

21.03.20 20:42 1233
Tramp koronavirusun müalicəsində istifadə olunacaq dərmanların adını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp koronavirusun müalicəsində istifadə olunacaq effektiv dərmanların adını açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə Donald Tramp "Twitter" səhifəsində qeyd edib.
"Hidroxlorin və Azitromisin birlikdə tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirə bilmək üçün real şansa sahibdirlər. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası ən böyük nailiyyətə çatıb. Bunun üçün onlara təşəkkür edirəm! Ümid edirəm ki, bu dərmanların hər ikisi dərhal istifadə olunmağa başlanacaq. İnsanlar ölürlər, cəld hərəkət etmək lazımdır. Tanrı hər kəsi qorusun!", - deyə Donald Tramp qeyd edib.
banner

Oxşar Xəbərlər