• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"

22.06.19 14:30 506
Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.
"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp qeyd edib.
Amerika lideri "mən buna cəhd etmirəm", - deyə bir daha təkrar edib.
O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.
"Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz", - Tramp deyib. "Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır", - deyə Ağ Ev rəhbəri əlavə edib.
banner

Oxşar Xəbərlər