• şənbə, 11 May, 06:46
  • Baku Bakı 12°C

Tramp Baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb

31.01.17 09:40 899
Tramp Baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb
ABŞ prezidenti Donald Tramp Baş prokuror və Ədliyyə nazirinin səlahiyyətləriniicra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.
Buna səbəb Salli Yeytsin verdiyi son bəyanat olub. Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts bildirib ki,Ədliyyə nazirliyiprezidentin miqrasiya ilə bağlı son fərmanlarınıməhkəmədə müdafiə etməyəcək.
Ağ evin məlumatına əsasən, Ədliyyə nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boente rəhbərlik edəcək.
Qeyd edək ki, Donald Tramp ABŞ Baş prokuroru vəzifəsinə Ceff Seşnsın namizədliyini irəli sürüb.
Bundan əvvəl 16 ştatın baş prokuroru ABŞ prezidenti Trampın miqrasiya siyasətinə qarşı birgə bəyanat yayaraq dövlət başçısının fərmanlarını qeyri-qanuni adlandırıb, ölkənin milli maraqlarına zidd olduğunu bildiriblər.
Xatırladaq ki, D. Trampİraq, İran,Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
banner

Oxşar Xəbərlər