• cümə axşamı, 28 mart, 18:38
  • Baku Bakı 13°C

Trabzonspor” da Azərbaycanda məktəb açır

29.11.13 18:14 1290
Trabzonspor” da Azərbaycanda məktəb açır
Ölkəmizdə daha bir Türkiyə nəhənginin futbol məktəbi açıla bilər. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”un yeni sponsorlarından olan Royal Holdinqin rəhbəri Rıza Zarrab Azərbaycanda futbol məktəbi açmaq niyyətindədir.
Belə ki, Zarrab “Trabzonspor”un rəhbərliyində təmsil olunacağı halda klub prezidenti İbrahim Hacıosmanoğlu ilə bəzi layihələri həyata keçirmək niyyətindədir. Bunların arasında Azərbaycanla Trabzon şəhəri arasında əlaqələri genişləndirmək nəzərdə tutulub. Hətta ölkəmizdə “Trabzonspor”un futbol məktəbi və kollecini açmaq kimi fikirlər var.
Qeyd edək ki, bundan öncə Türkiyə nəhənglərindən “Qalatasaray”ın futbol məktəbi Bakıda açılmışdı. Bundan başqa, paytaxtımızda “Antalyaspor” və Madrid “Real”ının da təhsil ocaqları var.
banner

Oxşar Xəbərlər