• çərşənbə, 24 Aprel, 21:48
  • Baku Bakı 23°C

Toydan çıxan sürücü qəza törətdi, yaralılar var

01.07.14 15:10 964
Toydan çıxan sürücü qəza törətdi, yaralılar var
Hadisə Bakı-Qazax avtomagistarlının 468-ci kilometrliyində qeydə alınıb. Rayonda yerləşən şadlıq evlərindən birində toydan iştirak edən Ağstafa sakini Abdulla Məmmədov idarə etdiyi "QAZ 3110" markalı avtomobillə magistrala çıxarkən Cavid Hacıyevin idarə etdiyi minik maşını ilə toqquşub.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə "QAZ 3110"-nun sürücüsü və sərnişinləri Bakı şəhər sakini Mehdi Əzizov, Ağstafa rayon sakini Ceyhun Əliyev müxtəlif bədən xəsarətləri alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər