• cümə, 19 Aprel, 13:23
  • Baku Bakı 25°C

Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb

06.08.21 11:20 234
Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb
Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər NazirliyindənTrend-ə verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 3200 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
banner

Oxşar Xəbərlər