• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Tovuz sakininin öldürülməsinə dair cinayət işi məhkəməyə göndərilib

30.06.20 11:00 602
Tovuz sakininin öldürülməsinə dair cinayət işi məhkəməyə göndərilib
Tovuz rayon sakini Firudin Ələkbərlinin ötən il sentyabrın 13-də bir neçə dəfə atəş açılması nəticəsində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq, Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, istintaqla cinayətin Tovuz rayonunun Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi "Makarov” konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinən Ə.Şamıyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
İyunun 29-da cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
banner

Oxşar Xəbərlər