Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başlanılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başlayıb.
Komitədən bildirilib ki, planşetlər torpaq müfəttişlərinə veriləcək. Məqsəd bu sahədə tətbiq edilən innovativ addımların daha da genişləndirilməsi, görülən işin effektivliyinin, optimallığının artırılmasıdır.