"Torpaq - əgər uğrunda ölən varsa Vətəndir" adlı aksiya keçirilib - Fotolar

Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorunun təşkilatçılığı ilə "Torpaq - əgər uğrunda ölən varsa Vətəndir" adlı aksiya keçirilib. İctimai-siyasi və təbliğat işinin təşkilinə dair tədbirlər planına uyğun olaraq keçirilən aksiyada sektor müdiri Günel Vahabzadə və qəsəbə gəncləri iştirak ediblər. Gənclər M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid abidələrini ziyarət edərək, onların ətrafını təmizləyib və şəhid abidələrinin qarşısına güllər düzüblər.





