• çərşənbə, 24 Aprel, 13:21
  • Baku Bakı 27°C

Torpağını icarəyə verən fiziki şəxs vergi uçotunda olmadıqda vergi ödəməlidirmi?

24.09.22 01:45 710
Torpağını icarəyə verən fiziki şəxs vergi uçotunda olmadıqda vergi ödəməlidirmi?

Vergi Məcəlləsinə əsasən, Azərbaycanda mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, torpağını icarəyə verən fiziki şəxs olduğu halda, onun vergiödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergiödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

banner

Oxşar Xəbərlər