• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

Toplumun güclü sosial müdafiəsini yaradan sosial dövlət modeli

16.04.19 18:13 676
Toplumun güclü sosial müdafiəsini yaradan sosial dövlət modeli
Azərbaycan güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modelini prioritet seçib.Bu, dəfələrlə prezident İlham Əliyevin nitqlərində də vurğulanıb, hakimiyyət komandasının açıqlamalarında da öz əksini tapıb.Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu yeni model çərçivəsində davam etdirilən və yaxın perspektivdə həyata vəsiqə qazanacaq islahatlardan danışıb.
Bütövlükdə diqqətin sosial dövlət anlayışı üzərinə gəlməsi Azərbaycanın sosial dövlət olub-olmaması kimi suallara aktuallıq qazandırıb.
Azərbaycan sosial dövlətdirmi? Bəli. Sosial layihələrin hər zaman ön planda tutulması bu iddianıqətiyyətlə təsdiqləyir.
Ən klassik baxış belədir ki, dövlət bütün vətəndaşlarının ümumi sosial rifahının təminatını tam üzərinə götürsün və Azərbaycan da məhz belə bir ölkə kimi fərqlənməyi hədəfləyir.
Bəzi dövlətlərdə hamı dövlət tərəfindən sosial müdafiə ilə əhatə edilmir. Sistem müstəqil, könüllü və dövlət xidmətlərinin əlaqələndirilməsi ilə fəaliyyət göstərir.
Başqa bir yanaşma "ümumi rifah" və ya bəzi ekspertlərin dediyi kimi"dövlətin təqdim etdiyi rifah" sistemidir.Bu sistemin əsas elementləri sırasında minimal standartlara, həmçinin minimal gəlirə zəmanət, təhlükəsizlik olmadıqda sosial müdafiə və mümkün səviyyədə ən yaxşı xidmətlərin göstərilməsi yer alır. Bu sistemə üstünlük verən ölkələrdə sosial müdafiəyə yönəldilən resursların təyin edilməsi prinsipləri, təşkilati-struktur, sosial müdafiə tədbirlərinin məzmunu və nəticələr fərqlənir.
Məsələyə ümumi yanaşdıqda belə bir mənzərə yaranır ki, heç bir ölkədə sosial dövlətin ideal tipini özündə əks etdirən modellərə rast gəlmək mümkün deyil. Əksər hallarda müxtəlif modellərin elementlərinin birləşməsi təcrübəsi ortadadır.
Azərbaycanınisə qısa zaman kəsiyindəsosial dövlət quruculuğu sahəsində əldə etdiyi təcrübə oxşar inkişaf yolu seçmiş başqa ölkələr üçün də model rolunda çıxış etmək imkanındadır. Bu heç də gəlişigözəl söz kimi qəbul edilməməlidir. Söhbət ondan gedir ki, Azərbaycanın unikal sosial dövlət modeli sahibkarlığın daha sürətli inkişafına, eləcə də yeni mülkiyyət formalarının yaranmasına istiqamətlənmiş kompleks tədbirlər əhalinin sosial baxımdan həssas təbəqəsinin maraqlarını rədd etmir. Bu modeldə aztəminatlı təbəqənin mənafeləri qorunur. Bazar iqtisadiyyatının inkişafı üçün atılan bütün addımlar bu təbəqənin maraqları ilə uzlaşdırılaraq həyata keçirilir.
Bir sözlə, Azərbaycanda İlham Əlieyevin rəhbərliyi ilə sabit və ardıcıl inkişafın əsas məqsədi ondan ibarətdir ki, sosial təbəqə bu siyasətin nəticəsində öz rifah halından məmnun olsun, bütün sosial qayğılarına dövlətdən dəstək görsün!
Çünki hər bir dövlətin dayanıqlığı güclü iqtisadiyyat və bu iqtisadiyyatla yüksək yaşama nail olmuş cəmiyyətlərin siyasi hakimiyyətdən razı qalması faktoruna bağlıdır. Azərbaycan hal-hazırda nə edir?
İlk növbədə, əhalinin əmək və təsərrüfatçılıq fəaliyyətini stimullaşdırmağa və bu əsasda həyat səviyyəsini yüksəltməyə çalışır.
Digər başlıca istiqamətlərindən biri iqtisadi imkanların yaradılması, ümumi iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi tədbirləridir. Bunun da kökündə təbii ki, iqtisadi inkişaf durur.
Prezidentin köməkçisi Əli Həsənovun açıqladığı məlumatlara əsasən, son aylar ərzində Prezident İlham Əliyev tərəfindən imzalanan və sosial sahəni əhatə edən fərman və sərəncamların maliyyə yükü büdcədən əlavə 2,5 milyard manata yaxındır.İcra olunan sosial paket Azərbaycan əhalisinin az qala yarısını əhatə edir.
Təbii ki, bu, sosialdövlət olmaq səylərinin bariz göstəricisidir.
Sirr deyil ki, islahatlar nəticəsində yoxsulluğun, işsizliyin azaldılmasına nail olmaq mümkün olsa da, cəmiyyətdə hər zaman maddi durumu dövlətin sosial müdafiə sistemindən asılı olan insanlar da mövcuddur. Məhz sosial dövlət prinsipinə əsaslanan Azərbaycanda əhalinin qeyd olunan təbəqəsinin sosial müdafiəsi mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə qurulması əsas vəzifələrdən biri kimi qarşıda dayanır. Həyata keçirilməkdə olan sosial paket bunun əyani sübutudur.
Beləliklə, Azərbaycanda qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasına xidmət edən ciddi addımlar atılıb. Ölkə, həyatın bütün sahələrində dərinləşən çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına malik modern dövlətə çevrilir.
İlham Əliyevin iradəsi, tapşırıq və sərəncamları məhz ona xidmət edir ki, Azərbaycan inkişaf yolunda dayanmadan, sürətlə irəliləsin; vətəndaşın sosial yükünün altına girmək, onu rahat, firəvan həyata qovuşdurmaq iqtisadi güc nəticəsində tam real olsun! İlham Əliyev əmindir və toplumunda da bu əminliyi yarada bilib ki, ağıllı, düzgün iqtisadi təhlillər və güclü iqtisadiyyatvətəndaşlarısosial dövlət modelində sosial baxımdan etibarlı şəkildə qorumağa aparıb çıxaracaq!
Elman Babayev
banner

Oxşar Xəbərlər