• çərşənbə, 17 Aprel, 00:29
  • Baku Bakı 14°C

Tokio-2020: Yığmamızın ən gənc və yaşlı idmançıları bəlli olub

06.07.21 18:23 315
Tokio-2020: Yığmamızın ən gənc və yaşlı idmançıları bəlli olub
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının ən gənc və yaşlı idmançıları bəlli olub.
Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 25 yaş intervalındadır.
Ən gənc idmançımız Məryəm Şeyxəlizadəxangahdır. Üzgüçülükdə ölkəmizi güzəştli kartla təmsil edəcək xanım 12 gündən sonra 17 yaşını qeyd edəcək.
Millimizin veteranı isə stend atıcısı Emin Cəfərovdur. Atıcılıq Federasiyasında baş katib vəzifəsini tutan snayperimiz oktyabrın 12-də 42 yaşını tamamlayacaq.
Yığmanın orta yaş həddi də bəllidir. Yaponiyaya yollanacaq 44 idmançının orta yaşı 26 il 352 günə bərabərdir. Bu rəqəm Olimpiadanın startına qədər dəyişəcək. Yığmamız iyulun 23-də 27 yaş 4 günlük olacaq.
banner

Oxşar Xəbərlər