AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tokio-2020: Bu gün Azərbaycanın 4 idmançısı çıxış edəcək

Tokio-2020: Bu gün Azərbaycanın 4 idmançısı çıxış edəcək

İdman
03 Avqust 2021, 10:30 153
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı çıxış edəcək.
"Report"un məlumatına görə, Nazim Babayev atletika, İslam Abbasov isə yunan-Roma güləşində mübarizəyə başlayacaq. Üç təkanla tullanma yarışına qatılacaq Babayev A qrupunda yer alıb. Ümumilikdə 15 rəqibə qarşı çıxış edəcək 24 yaşlı idmançı finala yüksəlmək üçün "12-liy"ə düşməlidir. Babayevin indiyədək ən yaxşı göstəricisi 17,29 metr olsa da, mövsüm ərzində ən yaxşı nəticə kimi 16,57 metrlə kifayətlənib. O, dünya reytinqində 21-ci yeri tutur. Bu növ üzrə mübarizəyə Bakı vaxtı ilə saat 4:00-da start veriləcək.
Saat 6:00-da isə yunan-Roma güləşçisi İslam Abbasov 1/8 final görüşünə çıxacaq. Onun ilk rəqibi kubalı Daniel Qreqoriç olacaq.
Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov tunisli Lamyed Maafi ilə, qadın güləşçi Elis Manolova isə qırğızıstanlı Meerim Jumanazarova ilə təsəlliverici görüşdə üz-üzə gələcək.
Tokio-2020
3 avqust
Atletika
Üç təkanla tullanma
04:00. Nazim Babayev
Yunan-Roma güləşi
06:00. 1/8 final. İslam Abbasov - Daniel Qreqoriç (Kuba)
06:00. Təsəlliverici görüş. Rafiq Hüseynov - Lamyed Maafi (Tunis)
Qadın güləşi
06:00. Təsəlliverici görüş. Elis Manolova - Meerim Jumanazarov (Qırğızıstan)