• şənbə, 20 Aprel, 13:57
  • Baku Bakı 23°C

Tiranada QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək

18.10.17 09:10 2630
Tiranada QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək
Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün oktyabrın 18-də Albaniyanın paytaxtı Tiranaya səfər edəcək.
Parlamentin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, tədbirdə "Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərdə milli innovasiya sisteminin inkişafı” mövzusunda müzakirələr aparılacaq.
Toplantıda, habelə komitənin sədri və müavini seçiləcək, növbəti iclasın tarixi, yeri, gündəliyi müəyyən ediləcək, QDİƏTPM-nin 2018-ci il üçün iş planına baxılacaq.
Milli Məclisin deputatı müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər oktyabrın 21-də başa çatacaq.
banner

Oxşar Xəbərlər