• cümə, 29 Mart, 19:29
  • Baku Bakı 14°C

Tiflisdə nümayişlərə 5,5 min qatılıb

18.11.19 09:15 697
Tiflisdə nümayişlərə 5,5 min qatılıb
Tiflisdə parlamentin qarşısında keçirilən mitinqə 5,5 minə yaxın insan qatılıb.
Gürcüstan Parlamenti daha əvvəl konstitusiyada qarışıq parlament seçkilərindən proporsional sistemə keçidi nəzərdə tutan düzəlişlər qəbul edə bilməyib. Tbilisidə parlament qarşısında etiraz aksiyaları başlayıb. Bütün müxalif qüvvələr hökumət əleyhinə birləşərək növbədən kənar parlament seçkilərinin keçirilməsini və keçid hökumətinin təyin edilməsini tələb ediblər. Noyabrın 17-də parlament qarşısında minlərlə müxalifətçinin, qeyri-hökumət və ictimai təşkilatların və onların tərəfdarlarının mitinqi baş tutub. Hal hazırda parlamentin qarşısında çadırlarda gecələməyi planlaşdıran aktivistlər var.
Eyni zamanda Respublika meydanında ayrıca mitinq keçirən müxalif "Vətənpərvərlər Alyansı" partiyasının mitinqində 1500 nəfər, Batumidə isə həmrəylik mitinqində 50 nəfər iştirak edib.
banner

Oxşar Xəbərlər