Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib
Ötən gün Təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.
"Report" xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi "J2 008" saylı təyyarə reysi sentyabrın 17-si 18:05-də Bakıdan Londona yola düşəcək.
Təyyarə əks istiqamətdə isə sentyabrın 18-i saat 06:35-də havaya qalxacaq.
"J2 008" saylı təyyarə sentyabrın 16-sı axşam saatlarında Bakıdan Londona uçmalı və sentyabırn 17-si gecə saat 01:05 radələrində isə geri qayıtmalı idi. Lakin təyyarənin sənədlərində yaranan problem səbəbindən hər iki istiqamətdə uçuş təxirə salınıb.
AZAL bütün sərnişinlərin yerləşmə, qalma və qidalanma xərclərini təzminat olaraq öz üzərinə götürüb.