• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

Texasda günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar ayrılır

20.03.20 11:15 810
Texasda günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar ayrılır
"Lightsource BP" müəssisəsi və digər investorlar Texasda "Impact Solar" günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar sərmayə yatıracaq.
Trend-in məlumatına görə, bu barədə BP şirkəti xəbər verib.
Stansiyanın gücünün 260 MVt olması nəzərdə tutulur. Qeyd olunur ki, stansiyadan alınan elektrik enerjisi BP ilə uzunmüddətli saziş əsasında satılacaq.
Obyektin kommersiya istismarına 2020-ci ilin sonunda başlanması gözlənilir.
Xatırladaq ki, "Lightsource BP" günəş energetikası sahəsində irimiqyaslı layihələrin inkişafı və idarə olunması üzrə Avropanın ən iri şirkətidir və 50 faiz payı BP-yə məxsusdur.

banner

Oxşar Xəbərlər