• çərşənbə, 24 Aprel, 13:28
  • Baku Bakı 27°C

Tətillərin müddəti azaldıla bilər

26.09.13 16:08 1071
Tətillərin müddəti azaldıla bilər
“Azərbaycanda şagirdlər tətilə çıxanda sevinirlər. Amma nəzərə almalıyıq ki, bizim şagirdlərimiz digər ölkələrlə müqayisədə 6 həftə daha az oxuyurlar. Yəni, ildə 32 həftə oxuyurlar”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.
Nazir M. Cabbarov vurğulayıb ki, bizim şagirdlərin digər ölkələrin şagirdlərindən 6 həftə az oxumaları təhsil proqramını asanlaşdırmır, əksinə çətinləşdirir.
M. Cabbarovun sözlərinə görə, təhsil sahəsi ictimai rəyin girovunda olmayacaq: “Heç kəsin istək və arzularının girovuna çevrilməyəcəyik. Düzgün olan şeyləri edəcəyik. Lakin bəzi sahələrdə məsələlərin həlli zaman tələb edir”.
banner

Oxşar Xəbərlər