• cümə axşamı, 25 aprel, 12:37
  • Baku Bakı 23°C

Təsdiqlədi: O, Zidandan da texnikalı idi

22.04.20 11:30 626
Təsdiqlədi: O, Zidandan da texnikalı idi
Fransa yığmasının sabiq futbolçusu Lilian Tyuram millidəki keçmiş komanda yoldaşı Kristof Dyuqarrinin fikirlərini təsdiqləyib.
Kaspi.az xəbər verir ki, Dyuqarri gənc yaşlarında texnikasına görə Zinəddin Zidandan geri qalmadığını bildirmişdi. O, buna görə lağ obyekti də olmuşdu. Amma Lilian onun haqlı olduğunu bildirib:
"Dyuqanın dedikləri kiməsə qəribə gələ bilər. Amma sizi əmin edirəm, o, gənc yaşlarında çox yaxşı idi.
İnsanlar "texniki yöndə Zidanla eyni idim” sözlərinə görə onu axmaq adlandırırlar. Ancaq bu, həqiqətən də belə idi.
Düzünü deyim, o, cox güclü və istedadlı idi. Hətta deyərdim ki, Dyuqarri texniki planda Zidanı da üstələyirdi”.
Tyuram, Dyuqarri və Zidan Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olublar.
banner

Oxşar Xəbərlər