• cümə axşamı, 25 aprel, 01:59
  • Baku Bakı 19°C

Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı

18.10.21 20:21 273
Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı
Oktyabrın 18-i saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər Rayon ProkurorluğundanKaspi.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər