AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Terrorçulara etiraz edən ana övladına qovuşub

Terrorçulara etiraz edən ana övladına qovuşub

Təfsilat
10 Dekabr 2019, 13:52 196
Diyarbəkirdə 15 yaşında dağa qaçırılan oğlu Cəfər Ceylan üçün etiraz aksiyasında iştirak edən analardan biri olan Xədicə Ceylan oğluna qovuşmanın sevincini yaşayıb.
 
HDP-lilər tərəfindən dağa qaçırıldığını iddia edən və oğlu Mehmet Akara görə avqustun 22-dən HDP Diyarbəkir təşkilat binası qarşısında etiraz aksiyasına başlayan Hacire Akarın etirazları nəticə verib və o avqustun 24-də oğluna qovuşub. H.Akarın övladına qovuşması ürəyi övlad həsrətiylə yanan analara da nümunə olub.
 
4 il əvvəl 15 yaşındaykən Diyarbəkirin Kayapınar qəsəbəsindən dağa qaçırılan oğlu Cəfər Ceylan üçün gələn ana Xədicə Ceylan da 8 oktyabrdan etiraz aksiyasına başlayıb. Anasının etiraz aksiyasında iştirak etdiyini öyrənən Cəfər ailəsinə qovuşmaq üçün terror təşkilatından qaçmağa qərar verib.
 
Şanlıurfa əyalətinin polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cəfər ilə əlaqə yaradılaraq terror təşkilatının əlindən müvəffəqiyyətlə xilas edilib.
 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan "keçmiş olsun” zəngi
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ceylan ailəsinə zəng edərək "keçmiş olsun” diləklərini çatdırıb.
 
Ceylan ana Prezident Ərdoğanın onlara zəng etməsindən  məmnun olduqlarını dilə gətirib və "Allah prezidentimizə kömək olsun, ona güc-qüvvət versin” deyib.
 
Etiraz aksiyasında iştirak edən digər anaların da övladlarına qovuşmasını arzu edən Ceylan ana, "Rəbbim, ana atalarından uzaq düşən övladları qovuşdursun. Mən kürdəm, yoldaşım da kürddür, evimizdə rahat bir şəkildə otururuq. Kimsə bu vaxta qədər bizim işimizə qarışmayıb. 4 ildir ki, oğlum getmişdi. Bu qədər əsgər və polis nə üçün ölüb? Burada kürd, türk məsələsi yoxdur. Sadəcə gəncləri öz vəzifə maraqları üçün öldürürlər. Oğluma "Orada başqa ana-ataların qəlbini dağlama, əlindən gəldiyi qədər heç kimin ciyərini yandırma” dedim. O da, "Yaxşı ana, inşallah gələcəyəm” dedi. Bu, polislərimizin, əsgərlərimizin, dövlətimizin sayəsində oldu. Allah dövlətimizi başımızdan əskik etməsin” -  deyə, bildirib.
 
Kaspi.az