• cümə axşamı, 18 aprel, 17:15
  • Baku Bakı 22°C

Terri Sandell: “Qarabağda minalanmış ərazilərin miqyası heyrət doğurur”

20.05.22 16:15 485
Terri Sandell: “Qarabağda minalanmış ərazilərin miqyası heyrət doğurur”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə qədəm qoyarkən minalanmış ərazilərin miqyası məni heyrətə gətirdi”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və yaradıcılıq sənayesi sahəsində beynəlxalq ekspert olan Terri Sandell deyib. “Mina təhlükəsi və bununla bağlı onların zərərsizləşdirilməsi ilə bağlı problemləri, əlbəttə ki, burada olan insanlar başa düşürlər”, - o bildirib.

T.Sandell hesab edir ki, Şuşanın “intibahı” və bu dirçəlişin davamlı olması ilə bağlı iki əsas problem var: “Birinci problem minalardır. Fiziki cəhətdən orada təhlükəsiz olmaq üçün ərazini minalardan təmizləməliyik. Amma biz həm də ölkələr arasında qarşılıqlı anlaşma və barışıq olması, uzun müddət təhlükəsizlikdə olmaq və bir daha müharibənin baş verməməsi üçün zehnimizi, düşüncələrimizi “təmizləməliyik”.

banner

Oxşar Xəbərlər