• çərşənbə axşamı, 23 aprel, 14:30
  • Baku Bakı 24°C

Ötən ildə Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib

12.01.19 14:30 618
Ötən ildə Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib
2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həyatını itirib. Hesabat ilində 3350 nəfər yol qəzalarının qurbanı olub.
AZƏRTACxəbər verir ki, bu barədə mətbuata Ukraynanın Patrul Xidməti Departamentinin birinci müavini Aleksey Biloşpitskiy məlumat verib.
2018-ci ildə yol qəzalarında ölənlərin sayı 2017-ci illə müqayisədə 82 nəfər azdır. 150120 yol qəzası baş verib ki, nəticədə 30884 nəfər xəsarət alıb. Yol qəzasında xəsarət alanların sayı 2017-ci illə müqayisədə 2926 nəfər azdır.
banner

Oxşar Xəbərlər