• cümə, 26 Aprel, 10:49
  • Baku Bakı 12°C

Ötən il Rusiyada hər 1000 kişiyə 1156 qadın düşüb

23.02.19 17:00 432
Ötən il Rusiyada hər 1000 kişiyə 1156 qadın düşüb
2018-ci ildə Rusiyada qadınların orta sayı kişilərin orta sayından çox olub.AZƏRTACxəbər verir ki, "Rosstat”ın məlumatına görə, ötən il hər min kişiyə orta hesabla 1156 qadın düşüb.
Lakin müxtəlif yaş qrupları üzrə məlumatlar fərqlənir. Rusiyada 35 yaşına qədər olan kişilər qadınlardan çoxdur: hər min cavan kişiyə həmin yaş kateqoriyasından olan 946-994 cavan qadın düşür.
Qrupun yaşı artdıqca kişi və qadınlar arasında nisbət də dəyişir. Yaşı 70-dən çox olanların qrupunda qadınların sayı kişilərdən 2,5 dəfə çoxdur. Bu qrupda hər min kişiyə 2377 qadın düşür.
2019-cu il yanvarın 1-nə olan məlumata görə, Rusiya sakinlərinin sayı bir il ərzində 86 min nəfər azalaraq, 146,794 milyon nəfər təşkil edib. Bir il əvvəl həmin göstərici 146,88 milyon nəfərə bərabər olub.
banner

Oxşar Xəbərlər