• cümə axşamı, 18 aprel, 10:36
  • Baku Bakı 12°C

Ötən il məhkəmələrdə baxılmış işlərin 74 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib

03.05.21 13:30 526
Ötən il məhkəmələrdə baxılmış işlərin 74 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib
Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74,0 min işə baxılıb ki, bu da 2019-cu ilin göstəricisindən 16,8 faiz çoxdur.
Dövlət Statistika KomitəsindənAPA-ya verilən məlumata görə, onların 36,7 faizi idarəçilik qaydaları, 28,3 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,2 faizi yol hərəkəti qaydaları, 3,5 faizi sağlamlıq, 3,3 faizi mülkiyyət, 0,7 faizi gömrük qaydaları, 0,5 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, 2,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.
2020-ci ildə baxılmış işlərin 74,0 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18,4 faizinin icraatına xitam verilib, 6,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb, 1,0 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33,4 faiz artaraq, 54,8 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,6 faizinə inzibati cərimə, 16,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 16,5 faizinə inzibati həbs, 1,5 faizinə ictimai işlər, 16,8 faizinə isə digər tənbeh növləri tətbiq edilib.
banner

Oxşar Xəbərlər