• çərşənbə axşamı, 23 aprel, 19:37
  • Baku Bakı 20°C

Ötən il dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın 36,7 faizi istifadə edilməyib

24.05.21 11:43 521
Ötən il dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın 36,7 faizi istifadə edilməyib
Keçən il dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın 36,7 faizi istifadə edilməyib.
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2020-ci il dövlət büdcəsində bələdiyyələr üçün 1 milyon 200 min manat subvensiya proqnozlaşdırılsa da, bu vəsaitin yalnız 760 min manatı sərf olunub.
Büdcədə bələdiyyələr üçün nəzərdə tutulan 5 milyon manat dotasiyanın isə 4 milyon 948,7 min manatı xərclənib. Başqa sözlə, 51,3 min manat, yəni proqnozlaşdırılan vəsaitin 1 faizi sərf olunmayıb.
banner

Oxşar Xəbərlər