AZE | RUS | ENG |

Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə dünyaya göz açıb

Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə dünyaya göz açıb
BMT-nin Uşaq Fondunun (UNİCEF) hesablamalarına görə, ötən il dünyanın böhran regionlarında (Əfqanıstan, Somali, Suriya, Cənubi Sudan və Yəmən) 29 milyon körpə dünyaya göz açıb.
AZƏRTAC beynəlxalq təşkilatın Avstriya nümayəndəliyinə istinadla xəbər verir ki, dünyada yeni doğulan hər beş körpədən biri həyatının ilk dövrünü xaos, münaqişə, təhlükə və stres içərisində keçirməli olur. Qeyd edilən regionlarda yeni doğulan körpələr, həmçinin düzgün qidalanma və qayğı ilə təmin oluna bilmir, onlar həmyaşıdları ilə müqayisədə bir sıra psixi travmalar (qorxu, aqressiya, panika və s.) ilə böyüməli olurlar.
Təşkilatdan bildirilib ki, münaqişə bölgələrində doğulan körpələrin həyata ilk qədəmləri birbaşa təhlükə təsirləri ilə yanaşı, gələcəkdə uzunmüddətli nəticələrlə də müşayiət olunur. Beynəlxalq təşkilatın rəhbəri Henrietta For bildirib ki, bu körpələrin doğulduğu ailələrin ilk növbədə sülh, əmin-amanlığa ehtiyacı var, bu əmin-amanlıq əldə olunana kimi isə onları dəstəkləmək, mümkün qədər normal həyat şərtləri ilə təmin etmək lazımdır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873