• cümə, 19 Aprel, 11:31
  • Baku Bakı 13°C

Ötən il COVID-19-a yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb

11.01.22 10:32 196
Ötən il COVID-19-a yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb
Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxan hamilələrin dünyaya gətirdiyi körpələrdən 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.
Bu barədə"Report"a Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, hazırda hamilələrin digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil: "Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir".
Xatırladaq ki, son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib ki, onlardan da 260-nın vəziyyəti kritik ağır olub. Həkimlərin səylərinə baxmayaraq, Mərkəzə yerləşdirilən və vəziyyətləri olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb.
banner

Oxşar Xəbərlər