AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ötən il Azərbaycanda 35 min 348 cütlük nikaha daxil olub

Ötən il Azərbaycanda 35 min 348 cütlük nikaha daxil olub

Təfsilat
27 Fevral 2021, 21:30 744
Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 min 348 nikah və 14 min 628 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Kaspi.az-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq onun səviyyəsi 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib. Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 1669 nəfər gələn və ölkəmizdən 568 nəfər gedən qeydə alıblar. Ölkə üzrə miqrasiya saldosu müsbət 1101 nəfər təşkil edib.