• şənbə, 20 Aprel, 04:57
  • Baku Bakı 15°C

Ötən iki gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb

20.05.19 14:08 770
Ötən iki gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən iki gün ərzində törədilmiş 36 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər həlak olub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər