• çərşənbə, 24 Aprel, 07:38
  • Baku Bakı 13°C

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

22.04.21 11:45 669
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in Mətbuat XidmətindənAPA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 inayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər