AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ötən gün yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi saxlanılıb

Ötən gün yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi saxlanılıb

Kriminal
07 May 2021, 12:00 430
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 6-da respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
 
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.