• cümə, 29 Mart, 02:07
  • Baku Bakı 7°C

Ötən gün törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb

12.04.19 15:30 591
Ötən gün törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 20 cinayətin üstünü "isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

banner

Oxşar Xəbərlər