• şənbə, 27 Aprel, 02:52
  • Baku Bakı 14°C

Ötən gün toy qaydalarını pozan 71 nəfər cərimələnib, 2 119 nəfər şənliyə buraxılmayıb

04.08.21 11:20 268
Ötən gün toy qaydalarını pozan 71 nəfər cərimələnib, 2 119 nəfər şənliyə buraxılmayıb
Avqustun 3-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində276toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən"Report"a verilən məlumata görə, monitorinq224şadlıq sarayında,52şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2119 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
banner

Oxşar Xəbərlər