• cümə, 29 Mart, 09:46
  • Baku Bakı 5°C

Ötən gün qeydə alınmış 137 cinayət faktından 27-sinin üstü “isti izlər”lə açılıb

15.01.19 13:00 608
Ötən gün qeydə alınmış 137 cinayət faktından 27-sinin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları ötən gün 137 cinayət faktı qeydə alıb. Onların 27-sinin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər