• cümə axşamı, 25 aprel, 07:42
  • Baku Bakı 14°C

Ötən gün Moskvada koronavirusa 536 yoluxma faktı qeydə alınıb

05.04.20 16:00 659
Ötən gün Moskvada koronavirusa 536 yoluxma faktı qeydə alınıb
Ötən gün ərzində Rusiya paytaxtında koronavirusa 536 yoluxma faktı qeydə alınıb.
AZƏRTACxəbər verir ki, indiyədək Moskvada 207 mindən çox laboratoriya testi keçirilib, ümumilikdə 3893 koronavirusa yoluxma aşkar edilib.
Qeyd edək ki, Moskvada martın 30-dan mayın 1-dək özünütəcrid rejimi elan olunub. Rejim çərçivəsində yalnız işə, yaxınlıqdakı mağazaya və ya aptekə getməyə, ev heyvanlarını evdən 100 metrə qədər məsafədə gəzdirməyə icazə verilir. Moskva meri Sergey Sobyanin sözlərinə görə, Rusiya paytaxtı yüksək risk qrupuna daxildir.

banner

Oxşar Xəbərlər