• cümə axşamı, 28 mart, 13:14
  • Baku Bakı 16°C

Ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb

08.08.20 18:00 1004
Ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü respublikanın daxili işlər orqanları "isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
banner

Oxşar Xəbərlər