• cümə, 19 Aprel, 00:00
  • Baku Bakı 18°C

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

18.02.21 11:15 415
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

banner

Oxşar Xəbərlər