• cümə, 26 Aprel, 17:32
  • Baku Bakı 23°C

Ötən gün baş verən yol qəzalarında 6 nəfər ölüb

19.05.21 12:30 911
Ötən gün baş verən yol qəzalarında 6 nəfər ölüb
Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
DİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər