• çərşənbə, 08 May, 08:13
  • Baku Bakı 13°C

Ötən gün 14 nəfər toya buraxılmayıb

15.01.22 10:06 430
Ötən gün 14 nəfər toya buraxılmayıb
Yanvarın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər NazirliyindənKaspi.az-a verilən məlumata görə, monitorinq 153 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 14 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
banner

Oxşar Xəbərlər