• cümə axşamı, 25 aprel, 16:59
  • Baku Bakı 23°C

Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollarlıq ixrac reallaşdırılıb

29.02.20 12:30 836
Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollarlıq ixrac reallaşdırılıb
Yanvarda ölkəmizin ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıb.
AZƏRTACİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 141 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvarında qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon dollar və ya 2,5 faiz artıb.
Yanvarda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 16,3 milyon dollar) başçılıq edib. Bu siyahıda pomidor (13,2 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (11,2 milyon dollar) üçüncü olub.
Ötən ay Rusiyaya 48,2 milyon, Türkiyəyə 33,1 milyon, İsveçrəyə 17 milyon, Gürcüstana 8,5 milyon və Çinə 5,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Bu il Rusiyaya qeyri-neft ixracı 4 faiz, Türkiyəyə 31 faiz, İsveçrəyə 73 faiz və Çinə 2,1 dəfə artıb. Eyni zamanda, qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz) və Çinə (4,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Həmçinin xurma, pambıq lifi (daranmaya məruz qalmamış), elektrik enerjisi, ilkin formalı polipropilen, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen də qeyri-neft ixracında önə çıxıb. Ümumiyyətlə, 2020-ci ilin yanvarında meyvə-tərəvəz ixracı 42 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 15,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, pambıq lifi ixracı 10,7 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, elektrik enerjisinin ixracı 7,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,7 milyon, pambıq ipliyi ixracı 2,9 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin yanvarında pambıq ipliyinin ixracı 3,4 dəfə, kimya sənayesi məhsullarının ixracı 34 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 33 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 30 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16 faiz artıb.
banner

Oxşar Xəbərlər