• cümə axşamı, 25 aprel, 00:06
  • Baku Bakı 19°C

Ötən ay hər bir ölkə sakini 82,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

22.02.20 15:45 1749
Ötən ay hər bir ölkə sakini 82,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb
Bu ilin yanvarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq ayı ilə müqayisədə real ifadədə 4,8 faiz artaraq 817,6 milyon manat olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 602,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib.
Yanvarda hər bir ölkə sakini orta hesabla 82,2 manatlıq və ya ötən ilin eyni ayına nisbətən nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Qeyd edək ki, 2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə Bakı şəhəri üzrə 4 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2,7 faiz, Abşeron və Aran iqtisadi rayonları üzrə 2,6 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,3 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 0,7 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,4 faiz artıb.
banner

Oxşar Xəbərlər