• cümə axşamı, 18 aprel, 13:16
  • Baku Bakı 22°C

Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 6 minədək müraciət daxil olub

03.12.19 14:15 556
Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 6 minədək müraciət daxil olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin noyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dənAZƏRTAC-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 5919 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 769 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 264 vətəndaş müraciəti daxil olub. 228 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1363 sənəd (vətəndaşlar tərəfindən 222 ərizə, Təhsil Nazirliyindən 180, digər qurumlardan 231, məktəblərdən 563 məktub, 42 strukturdaxili yazışma və 125 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 295 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, noyabr ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 7 rayonu (Nəsimi, Binəqədi, Xətai, Suraxanı, Sabunçu, Xəzər və Pirallahı rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
banner

Oxşar Xəbərlər