• cümə, 29 Mart, 06:37
  • Baku Bakı 5°C

Ötən ay 21 nəfəri ilan sancıb

04.06.14 14:14 936
Ötən ay 21 nəfəri ilan sancıb
“Bu ilin mayında 21 nəfər ilan sancması ilə əlaqədar xəstəxanaya müraciət edib”. Bunu Lent.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. O qeyd edib ki, ilan sancanlar arasında ölüm faktı qeydə alınmayıb. “İlan sancmalarına daha çox Şamaxı, Hacıqabul, Yevlax, Xəzər rayonu və Qobu qəsəbəsində rast gəlinir”.
Şöbə müdiri onu da vurğulayıb ki, ötən ay 6 nəfər əqrəb sancması, 4 nəfər isə qaraqurd sancması ilə əlaqədar Klinik Tibbi Mərkəzə müraciət edib. “Müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb”-deyə, A. Maqsudov əlavə edib. O qeyd edib ki, əqrəb sancmalarına daha çox Bakı ətrafı kəndlərdə rast gəlinir.
banner

Oxşar Xəbərlər